Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İşğaldan azad olunan ərazilərdə pulemyot, avtomat və qumbaralar tapılıb
Polis əməkdaşları 13-19 iyul tarixlərində işğaldan azad olunan ərazilərdə pulemyot, avtomat və qumbaralar aşkarlayıblar.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən tədbirlərlə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 25 avtomat silahı, 6 tüfəng, 17 qumbara, 11 alışdırıcı, 39 patron darağı, 1965 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 tapança, 2 patron darağı, 16 ədəd patron, Kəlbəcər rayonu ərazisindən isə 1 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 200 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.