2007-ci il təvəllüdlü Zakir Mayorov ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun atası Zakir Əliyev məlumat verib.
O qeyd edib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib:
“Məktəbdən gələn oğlum qızdırıcı sobaya belini çevirərək isinməyə çalışıb. Bu an köynəyinə yayılan od onun belini yandırıb. Yoldaşım günə 15 manata qabyuyan işləyir. Mən qaraciyərimdə yaranan xəstəlik səbəbindən işləyə bilmirəm”
Zakir Əliyev bildirib ki, oğlunun müalicəsi üçün yardıma ehtiyacları var:
“Oğlum yanvar ayında əməliyyat olunub. Amma əməliyyatdan sonra bərpa və ümumi müalicəsi üçün imkanımız çatmır. Müalicə üçün dərmanları almağa 256 manat, fizioterapiya üçün isə 300 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə kömək etmələrini xahiş edirəm”
Ailə ilə əlaqə: 055 442 45 26