İşıqforun qırmızı işığından keçən, maşında musiqinin səsini qaldıran sürücülər haqqında “qəhrəman”, “bərkgedən” obrazlar formalaşmışdısa, indi bu hərəkətlərə yol verənlərə sözün əsl mənasında pis baxırlar. Belələrinə ən yaxşı halda mədəniyyətsiz deyirlər. Ən pisini isə hər kəs özü bildiyi kimi deyə bilər...
Oxu.Az avtosfer.az-a istinadən Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Mərkəzinin kameraları vasitəsilə qeydə alınmış qəzalardan təqdim etdiyi növbəti görüntələrdən də aydın olur ki, işıqforda dayanmağı özünə sığışdırmayanların axırı qəza ilə tamamlanır. Bu qəzalarda ən yaxşı halda madi zərər ortaya çıxır. Ən pis halda isə boş başlar dağılır, xəsarət alanlar olur və bəzən də cinayət məsuliyyətinə cəlb olunanlar da var. Odur ki, gəlin qaydalara əməl edək.
Bilməyənlər üçün bir daha deyirik ki, işıqforun qırmızı işığında dayanmaq lazımdır. Hamı dayanırsa, sən də dayan. Uçmaq, qaçmaq zəmanəsi geridə qaldı. Uçub qaçanların yeri meşədir. Artıq şəhərin mərkəzində uçub qaçanlara qəhrəman kimi baxmırlar.