İsmayıllı Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşının işdən çıxarılması məsələsinə aydınlıq gətirilib.
Oxu.Az xəbər verir ki, buna səbəb sözügedən şəxslərin ştatdankənar vəzifələrdə çalışmalarıdır.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ildən ştatdankənar vəzifələr üzrə əməyin ödənişi sistemində dəyişikliklər edildiyi üçün bu kateqoriyadan olan şəxslərin cari ildən əmək müqaviləsinin uzadılması qeyri-mümkündür.
Əzizə İsmayılova
İsmayıllı Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı işdən çıxarılıb.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, şikayətçilər iddia edirlər ki, rəhbərlik tərəfindən 2025-ci ilin yanvar ayında heç bir rəsmi xəbərdarlıq olmadan işdən azad olunublar.
Bəziləri isə bildirirlər ki, onların vəzifəsi dəyişdirilib.
Məsələni Mədəniyyət Nazirliyi cavabsız qoyub.
Ətraflı süjetdə: