Erməni mənşəli Rusiya aparıcısı Tina Kandelaki Facebook səhifəsində hal-hazırda Ermənistan ərazisində yerləşən, qədim alban monastrının şəklini paylaşaraq aşağıdakı şərhi yazıb:
“Ermənistanın cənubunda, hündür dağların qoynunda IX-XIII əsrlərdə tikilmiş Tatev monastrı yerləşir”.
Bu paylaşım səhifənin azərbaycanlı və erməni abunəçiləri arasında mübahisəyə səbəb olub. Bizim qonşular öz ənənələrinə sadiq qalaraq bunun “qədim erməni torpağında” yerləşən “qədim erməni monastrı” olduğunu deyiblər, bununla da Azərbaycan tərəfin qəzəbinə səbəb olublar. Sonradan aparıcı öz məlumatını silməli olub.
Xatırladaq ki, Tatev monastr kompleksi alban memarlığının ən gözəl əsərlərindəndir. Təxminən 9-10-cu əsrlərdə Qərbi Azərbaycanın Zəngəzur mahalında Gorus rayonunda tikilib.
Kədərlidir ki, bizim tarixi və memarlıq irsimiz heç bir özünəməxsus tarixi, mədəniyyəti və mətbəxi, hətta soyadı belə olmayan bir xalq tərəfindən mənimsənilib.
