Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.
“Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində Cavidin itkin düşməsi ilə bağlı polisə verdiyi izahatın yalan olduğu məlum olan Goranboy sakini Rahil Aslanov danışıb.
O açıqlamasında qeyd edib ki, polisi gördüyü zaman qorxduğu üçün yalan danışıb.
Məsələdə şübhəli bilinən şəxslərdən biri olan Astan Məsim oğlu Cəfərovun bacısı isə efir zamanı Cavidin qardaşı Fərman Bayramova hədə-qorxu gəlib.
Qeyd edək ki, Goranboyda aparılan çəkilişlər zamanı Astan Cəfərov televiziyanın kameramanına hücum çəkməyə cəhd edib və çəkilişə mane olmaq istəyib.
Həll yolunu tapmayan müəmmalı hadisənin təfərrüatı süjetdə:
Jurnalistə hücum etmə cəhdi, hədə-qorxu: Cavidin itkin düşməsi ilə bağlı polisə yalan izahat verilib? - VİDEO