Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması üçün yeni layihələr nəzərdə tutulur
"Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində layihələrin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur".
APA xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.
"MEDİA olaraq Prezidentin media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanından sonra jurnalistlərin sosial təminatı sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bu əsnada imzalanan fərmanlarla onların sosial təminatı istiqamətində addımlar atılıb. Onların sosial ipotekadan istifadə hüququ təmin olunub. Bununla yanaşı, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə media subyektləri bütün vergilərdən azad olunub. Bu istiqamətdə layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub", - deyə Əhməd İsmayılov vurğulayıb.
"Medianın İnkişafı Agentliyi" teqi üzrə xəbərlər
- Fransa müstəmləkələrindən olan media nümayəndələri Mətbuat Şurasında olublar
- MEDİA kiberhücumla bağlı məlumat yaydı
- MEDİA: "XİN-in adından yayılan feyk məlumat ölkəmizə qarşı dezinformasiya kampaniyasıdır"
- Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib
- Əhməd İsmayılov: "Ənənəvi media süni intellektin yaratdığı imkanları dəyərləndirməlidir"