Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kamran Həsənli Manaf Ağayev, toylar kralı və “incə” kişi aparıcılardan danışdı - VİDEO
Baku TV-də yayımlanan “Qapqara” verilişinin budəfəki qonağı şoumen, aparıcı Kamran Həsənli olub.
O, şoumenliyə birmənalı münasibət göstərilməməsindən danışıb.
Şoumenin yumor qabiliyyətinə, fəlsəfi düşüncəyə, musiqi duyumuna, siyasi biliyə malik olmasının vacibliyini vurğulayan aparıcı qeyd edib:
“Azərbaycan televiziyalarındakı aparıcıların içində bir nəfər də şoumen yoxdur. Ona görə də bizdə bu obrazın mahiyyəti fərqli başa düşülür”.
K.Həsənli “Toylar kralı” müsabiqəsinə görə qınanmasına da münasibət bildirib:
“Manaf həmin müsabiqədə 1 milyon 600 min SMS yığıb. Azərbaycan verilişlərində heç vaxt belə bir şey olmayıb və olmayacaq. Səs verən mən deyildim, siz idiniz. Amma məni günahlandırırsınız”.
Verilişin aparıcısının “İncə, estrogeni çox olan aparıcılarla əvəz olunmağınız da siyasət idi?” sualına isə şoumen belə cavab verib.
“Kim həyatını necə istəyirsə, elə də yaşamalıdır. Elton Con, yaxud Zeki Müren sənətkardır. Amma bəzilərinin incə olduğuna görə populyarlaşması bəladır”.
Daha ətraflı süjetdə:
"Manaf Ağayev" teqi üzrə xəbərlər
- Manaf Ağayevlə Bakı Sağlamlıq Mərkəzi arasında QALMAQAL: "Çimnazla nə danışmışamsa, onu demişəm"
- Manaf Ağayevdən gündəmi zəbt edən sözləri barədə AÇIQLAMA
- Manaf Ağayev: "Tək arzum dünyadan həyat yoldaşımla birlikdə köçməkdir"
- Manaf Ağayevin oğlu vəzifəsini itirdi
- Səyyad Əlizadənin oğlu: "Nə atamın yasına gəldilər, nə də bizimlə görüşdülər..."
Rəylər