Baku TV-də yayımlanan “Arzu Kəlbinin reportajı”nın budəfəki qəhrəmanı təqaüddə olan gəmi kapitanı Bafadar İbrahimlidir.
Kapitan 22 illik təcrübəsindən, vəzifəsini icra edərkən qarşılaşdığı təhlükəli vəziyyətlərdən, pirat hücumlarından danışıb.
“Bir dəfə Çindən Birləşmiş Ərəb Əmirlikləri üçün gəmi gətirirdim. Gələndə böyük bir dalğaya düşdüm. Bütün gəmi heyəti ölümcül halda idi. 10 gün kapitan körpüsünə məndən başqa heç kim çıxmadı. Diz üstə oturub kəlmeyi-şəhadətimi oxudum. Axır ki gəmini və heyəti xilas etdim”, - deyə o qeyd edib.
Dənizçilərin sığortalanmasından da bəhs edən B. İbrahimlinin sözlərinə görə, kapitan gəmidə ölsə, onun ailəsinə 100 min dollara qədər ödəniş edilir.