Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Karantin müddəti yenidən uzadıla bilər - RƏSMİ
“Xəstəliyin təsdiqi üçün aparılan testin nəticəsi orta hesabla 24 saat ərzində açıqlanır”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, koronavirusa yoluxma diaqnozu PSR üsulu ilə aparılır:
“Testlərin nəticələri altı saat ərzində açıqlanır. Amma test nəticəsinin sistemə yüklənməsi bir qədər vaxt alır. Buna görə nəticənin açıqlanması gecikə bilər. Digər tərəfdən, xəstəliyin sayı artdıqca müraciətlərin də sayı çoxalır”.
V.Əliyev əlavə edib ki, koronavirusa yoluxma sayında artım olarsa, karantin rejiminin müddəti artırıla bilər.
Könül Cəfərli
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər