Payızın gəlişi hər birimiz üçün yeni və fərqli tədbirlər, görüşlər, ünsiyyət və aktiv sosial həyat deməkdir. Lakin karantin planlarımızı ciddi dəyişdi – hələ ki, heç bir toplantıya icazə yoxdur.
Yeni qaydalara moda dünyası öz cavabını verdi: “Emporium” multibrend mağazası onlayn tədbirlər formatına keçib, Azərbaycanda ilk dəfə məşhur dünya brendlərinin payız-qış kolleksiyalarının canlı yayımda nümayişini keçirdi.
Tədbir dünən, 10 sentyabr tarixində keçirildi və onun əsas mövzuları hazırda bütün dünyada aktual olan süni intellekt və rəqəmsal gələcək oldu. Futuristik saç düzümlü və makiyajlı, gümüşü rəngli maskalar geyinən modellər (karantin rejiminə burada da riayət olunurdu), eskalatordan gələcəkdən gələn qonaqlar tək enirdilər – və ya, bəlkə, bu robotlar idi?
“Attico”, “Dolce&Gabbana”, “Alexandre Vauthier”, “Prada”, “Maison Margiela, “Helmut Lang”, “Off White” kolleksiyaları belə ab-havada fantastik görünürdülər. Linkə daxil olub, bu nümayişdən həzz alan tamaşaçıların sayı və sosial şəbəkələrdə saysız-hesabsız tərifli rəylər sübut etdi ki, belə tədbirlərə tələbat var, və “Emporium”un təşəbbüsü çox uğurlu oldu!
Nə qədər ki, karantin rejimi ləğv olunmayıb, ümid edirik ki, belə, xüsusi əhval yaradan tədbirlərin sayı daha da çoxalacaq!
Nümayişi canlı izləyə bilməyənlər, bu videoya baxa bilərlər:
“Emporium”un yeniliklərini izləmək üçün, sosial şəbəkələrdəki səhifələrə yazılın:
www.instagram.com/emporiumbaku/
www.facebook.com/EmporiumBaku/
“Emporium”Azərbaycan və bütün Qafqaz regionunda department store formatında fəaliyyət göstərən ilk və yeganə mağazadır. Kişi, qadın və uşaqlar üçün geyim, ayaqqabı, aksessuar, ev əşyaları, parfümeriya və kosmetika sahələrində 500-dən artıq dünya brendini təqdim edir.