Səhiyyə Nazirliyi tabeliyindəki Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalara başlayıb.
Hazırda institutda monitorinqlər davam etdirilir. İlkin məlumata görə, institutun bazası, personal və xidmətlər bütünlüklə təftiş olunacaq.
Faktı Oxu.Az-a Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Mətbuat Xidmətindən təsdiq ediblər. Bildirilib ki, bu proses Səhiyyə Nazirliyinin keçid dövrü ilə əlaqədar aparılır:
“Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 may tarixli Fərmanına əsasən, elmi-tədqiqat institutları Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Hazırda həmin fərman rəhbər tutularaq müəssisələrdə cari vəziyyətin müəyyən edilməsi ilə əlaqədar monitorinqlər aparılır. Yoxlama tək bizim institutda deyil, bizdən öncə artıq elmi-tədqiqat institutların əksəriyyətində aparılıb. Hazırda Kardiologiya İnstitutunda aparılan monitorinq bir neçə gün davam edəcək. Proses mərhələli şəkildə digər institutlarda da davam etdiriləcək”.
Xatırladaq ki, bir müddət öncə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın təcrübəli həkimləri, professorları işdən uzaqlaşdırması, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin etməsi, eləcə də bir sıra digər ciddi nöqsanlarla bağlı məlumat yaymışdıq.
Könül Cəfərli