“Karvan” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində deyib. Nazir müavini bildirib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
Hazırda FHN xilasediciləri yanğın nəticəsində dünyasını dəyişən şəxsin meyitinin çıxarılması üçün tədbirlər görürlər.
21:37
Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt hissəsinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi və yayılmasının qarşısının alınması üçün tədbirlər görülür.
FHN Xüsusi Riskli Xilaetmə Xidmətinin xilaediciləri ərazidə təhlükəsizlik tədbirləri görürlər.
Əlavə məlumat veriləcək.