Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Keçiddən keçən piyadanı avtomobil vurub öldürdü - ANBAAN GÖRÜNTÜLƏR
Sürücü keçiddən keçən piyadanı vurub.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, hadisə dünən Abşeron rayonu Məmmədli kəndində baş verib.
Avtobusdan düşən kişi yolu keçmək istəyib. Bu zaman qoşa xəttin tələblərini pozan sürücü keçiddə həmin şəxsi vurub.
Piyada aldığı xəsarətdən dünyasını dəyişib.
Həmin görüntüləri təqdim edirik:
Ən çox oxunanlar