“VIII Qlobal Bakı Forumu beynəlxalq ideyaların mübadiləsi baxımından vacib tədbirdir”.
Bunu Oxu.Az-a açıqlamasında Belçika Krallığının keçmiş Baş naziri Yves Leterme deyib.
O bildirib ki, iqlim dəyişikliyi, pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq vacibdir:
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Prezident İlham Əliyevin təşəbbüsü ilə bu mövzulara həsr olunan tədbirlər keçirilməsi olduqca vacibdir. Bu, gələcəkdə beynəlxalq siyasətin keyfiyyətli olmasına töhfədir”, - deyə o əlavə edib.
Y.Leterme bildirib ki, Azərbaycan koronavirusla mübarizədə çox aktiv fəaliyyət göstərir:
“Azərbaycanın artıq 60 faiz əhalisi peyvənd olunub. Əhalinin sağlamlığı diqqətdə mərkəzindədir. Yeni xəstəxanalar tikilir. Azərbaycanın bu sahədə fəaliyyəti məhsuldardır”.
Aqşin Kərimov