Britaniya ordusunun keçmiş hərbi qulluqçusu, 28 yaşlı Lourens Vallender cinsini və dinini dəyişib.
İndi onun adı Lüsi Vallenderdir və o, ilk Britaniyalı qadın-müsəlman-transgenderdir.
Oxu.Az xəbər verir ki, bu barədə Daily Mail yazıb.
Lüsi-Lourensin sözlərinə görə, indi o, “özünə sadiqlik” qazanıb. Keçmiş əsgər tanışlıq saytında müsəlman kişi ilə tanış olub və ona ərə gedib. Lüsi Vallenderin əri toyadək gələcək arvadının kişi olduğunu bilmirmiş.
Cütlük Sunidon şəhərində yaşayır və Lüsi ərli qadın kimi cəmiyyətə çıxdıqda hicab taxır.
“Mən əvvəllər kişi kimi aparırdım özümü, - Lüsi danışır, - dostlarımla içirdim, orduya xidmətə yollandım. Mən yaşıdlarımın əksəriyyəti kimi yaşamaq istəyirdim”.
Lourens Vallender qadınlarla yaxınlıq etsə də, bundan zövq almayıb və həmişə bir neçə aya ayrılıb.
Əsgərlikdən qayıdan Lourens saçlarını uzadıb, qadın paltarı geyinməyə və kişilərlə görüşməyə başlayıb. O, həmçinin hormonal terapiyadan keçib və üç il əvvəl cinsini tam dəyişdirib.
Lüsinin atdığı digər mühüm addım İslam dinini qəbul etmək olub.
“Mən bunu ona görə etdim ki, İslam yaxşı, sülh dinidir. Mən yüngüllük və rahatlıq hiss edirdim, mən indiyədək olduğumdan daha xoşbəxt idim” – deyə, o xatırlayır.
Lüsi İslamı ötən ilin sentyabrında qəbul edib, sonra isə tanışlıq saytında tapdığı Muradla ailə qurub.









