Paytaxtın N.Nərimanov prospektinin (keçmiş “Sovetski” küçəsi) yenidənqurma planında yolun genişləndirilməsi və bu ərazidə idman meydançasının salınması nəzərdə tutulur.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyib.
O bildirib ki, bu ərazini abadlaşdırmaq, inkişaf etdirmək imkanı hər zaman məhdud olub. Buna səbəb, ərazinin sıx evlərdən ibarət olması və yamacvari olmasıdır:
“Plana uyğun olaraq evlər söküləcək. Lakin, tarixi memarlıq abidələrinin heç birinə toxunulmayacaq”.