Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kəlbəcər əvvəlki əzəmətini geri qaytarır - VİDEO
İşğaldan azad olunun digər rayonlarımız kimi Kəlbəcər də əvvəlki əzəmətini geri qaytarır. Şəhərdə müasir infrastrukturun qurulması birbaşa ölkə rəhbərinin diqqət mərkəzindədir.
Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Aqil Məmmədov deyir ki, Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə prezidentin ehtiyat fondundan 80 milyon manat vəsaitin ayrılması, dövlət başçısı İlham Əliyevin işğal dövründə yerlə bir edilən ərazilərdə quruculuq işlərinə böyük önəm verdiyini göstərir.
Millət vəkili qeyd edib ki, ölkə rəhbərinin Kəlbəcərə bir neçə dəfə səfər etməsi, görülən işlərlə yerində maraqlanması böyük əhəmiyyət daşıyır.
Aqil Məmmədovun sözlərinə görə, yeni sərəncam həm də kəlbəcərli sakinlərin öz doğma yurdlarına qayıdışını bir qədər də tezləşdirəcək.
Millət vəkili əlavə edib ki, Kəlbəcərdə turizm sahəsində də yeni layihələrin icrası həyata keçiriləcək.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:
"Kəlbəcər" teqi üzrə xəbərlər
- Suqovuşanı Kəlbəcərlə birləşdirən avtomobil yolunda hansı işlər görülür?
- Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir
- İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub
- Azərbaycanla şərti sərhədə artilleriya qurğuları yığan Ermənistana XƏBƏRDARLIQ
- Əllərinin xınası getmədən toyundan iki ay sonra itkin düşmüş Təranə Zeynalovanın HEKAYƏSİ
Rəylər