Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kəlbəcərdə avtomobil dərəyə aşıb: Ölən və xəsarət alan var
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.
Bundan başqa, sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Paytaxtda yük maşını işıqfora çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR
- Ağdamda AĞIR QƏZA: Ölən və xəsarət alanlar var
Ən çox oxunanlar