Kəlbəcər rayonunda ayılar arıçılıq təsərrüfatına ziyan vurublar.
Oxu.Az xəbər verir ki, hadisə Kəlbəcər rayonunun Əsrik kəndində qeydə alınıb.
Belə ki, ayılar arıxanaya hücum edərək təsərrüfata ciddi zərər vurublar. Nəticədə arı yeşiklərinin böyük hissəsi dağıdılıb, arı ailələrinin əksəriyyəti məhv olub. Məlumata görə, cəmi üç arı ailəsi salamat qalıb.
Hadisə arıçılıq təsərrüfatına ciddi ziyan vurub.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12