Kəlbəcərdə avtomobil qəzası nəticəsində ölən və xəsarət alanın kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Bilal Nuruyev dünyasını dəyişib. Həyat yoldaşı Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Əminə Nuruyeva isə xəsarət alıb.
Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var.
Oxu.Az-ın məlumatına görə, rayon ərazisində KIA markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.
Qəza nəticəsində sürücü ölüb, avtomobildə sərnişin qismində olan həyat yoldaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli