“Bu gün ölkədə uşaqların əməyinin istismarı, ailələri tərəfindən uşaqların dilənçiliyə məcbur edilməsi ilə bağlı hadisələr müşahidə edilir. 2019-cu ildə ailə üzvləri tərəfindən salfet satmaq adı ilə dilənçiliyə sövq edilən 13 yaşlı uşaq tərəfimizdən aşkarlanmışdı. Məsələ araşdırılıb öz təsdiqini tapdıqdan sonra həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmuşdur”.
Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Uşaqlar Birliyinin” sədri Kəmalə Ağazadə AzTV-nin efirində çıxışı zamanı deyib.
O bildirib ki, artıq 20 ildən yuxarıdır küçə uşaqları ilə bağlı tədbirlər görürlər:
“Lakin bu gün neçə təsdiq olunmuş belə fakt var? Təəssüf ki, qanunvericilikdəki bəzi boşluqlar bu gün hüquq-mühafizə orqanlarının da əllərini bağlayır. Uşaqların dilənçiliyə sövq edilməsilə bağlı yetərsay faktlar olur. Biz küçə uşaqları ilə bağlı günərzi mərkəzləri, sığınacaq fəaliyyəti ilə mübarizə aparırıq. Uşaqları dilənçiliyə vadar edən şəxslər barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aidiyyəti üzrə araşdırmalar aparılır. Faktlar öz təsdiqini tapdığı zaman şəxslər barəsində hüquqi müstəvidə qərar qəbul edilir”.
Könül Cəfərli