Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kəmaləddin Heydərov rəisi işdən çıxardı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, polkovnik Elçin Rasim oğlu Ələsgərov vəzifəsindən azad olunub. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Nazirin digər əmri ilə mayor Fərman Telman oğlu Bayramov Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib.
Fərman Bayramov bu təyinatadək Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini olub.
"Kəmaləddin Heydərov" teqi üzrə xəbərlər
- Kəmaləddin Heydərov Qazaxıstan FHN-in bir qrup əməkdaşını təltif edib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Kəmaləddin Heydərovdan qəzaya uğrayan təyyarə ilə bağlı ilk AÇIQLAMA
- Təyyarənin sol qanadında xəsarət olması ilə bağlı video Kəmaləddin Heydərova təqdim edilib
- Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - YENİ TƏYİNATLAR