Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kəmaləddin Heydərovdan YENİ TƏYİNATLAR
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
"Qaynarinfo"nun məlumatına görə, FHN-in daxili xidmət polkovnik-leytenantı Bəradə Heydərov sözügedən qurumun rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Rəşad Tağı oğlu Nəsirov da vəzifəsindən azad olunub və Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib.
FHN-in daxili xidmət mayoru Aqil Ağayev isə Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə gətirilib.
Nazir general-polkovnik Kəmaləddin Heydərovun yeni təyinatlarla bağlı müvafiq əmr imzalayıb.
Rəylər