Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kənddə dincəlmək istəyənlər üçün vacib xəbər: Rayonlarda daşınmaz əmlak qiymətləri
Havalar istiləşdikcə, insanlar məzuniyyətə çıxdıqca "kənddə evim olsaydı…" arzusu aktuallaşır.
Bəs hansı ərazilərdən ucuz kənd evləri almaq olar?
Əmlak üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı Baku TV-yə açıqlamasında bildirib ki, tələbatın artması ilə əlaqədar hər yay kənd evlərinin qiymətində artım müşahidə olunur.
"Ölkənin şimal bölgəsində fərdi yaşayış evlərinin qiyməti 30-80 min manat arasında dəyişir. Aran bölgəsində isə tələbatın az olması səbəbindən kənd evlərinin qiyməti daha aşağıdır. Qiymətlər 15-30 min manat arasında dəyişir", - deyə ekspert əlavə edib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: