Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kərim Vəliyev orduya tapşırıq verdi: Rabitə vasitələri və informasiya texnologiyaları təkmilləşdirilsin - FOTO
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov noyabrın 25-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin tabeliyindəki hərbi hissələrdən birində olublar.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissənin ərazisindəki saxlanclara baxış keçirib.
Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi üçün nəzərdə tutulmuş müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnika nümunələri təqdim olunub. Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirmək üçün mövcud olan ən yeni texnoloji avadanlıqlar barədə məlumat verilib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi bölmələrdə rabitə vasitələri və informasiya texnologiyalarının daha da təkmilləşdirilməsi və səmərəli tətbiqinə dair aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib
- Gədəbəydə qar uçqunu nəticəsində həlak olmuş Ruslan Həmidov dəfn edildi
- Pakistan səfiri Azərbaycana başsağlığı verib
- Gədəbəydə qar uçqununda həlak olan əsgər 10 gün sonra tərxis olunacaqdı
- Qar uçqununda həlak olan əsgərlərimizə şəhid statusu veriləcək