Sosial şəbəkədə Azərbaycan əsgərlərinin çətin təbiət şərtlərində vətən xidməti göstərdiyini əks etdirən fotoşəkillər yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, şəkilləri ANS TV-nin “Marş” verilişinin aparıcısı, hərbi mütəxəssis Rahib Qərib öz Facebook səhifəsində paylaşıb.
Müəllif fotoları “Marş” proqramının növbəti buraxılışının hazırlıqları zamanı çəkib.
“N” saylı hərbi hissədə əsgərlərin əhvali-ruhiyyəsinin yüksək olduğu bildirilir.
“Səngərdə yüksək döyüş hazırlığını gördükcə kefimiz də yüksəldi” – deyə Rahib Qərib sosial şəbəkədə yazdığı şərhdə bildirir.
Rahib Qərib, həmçinin kadrların, cəbhənin ən çox gərginlik yaşanan istiqamətində çəkildiyini qeyd edib.