Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kimsəsiz uşaqlar Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində – Foto
Azərbaycanın Nəqliyyat Nazirliyi nəzdində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi növbəti sosial aksiyasını keçirib.
Oxu.Az xəbər verir ki, NİİM sosial aksiya çərçivəsində avqustun 6-da Xəzər rayonu, Şüvəlan qəsəbəsi, kimsəsiz uşaqların yerləşdiyi “Kiçik Qrup Evi”-nin uşaqlarını Mərkəzə qonaq dəvət edib.
Mərkəzə qonaq gəlmiş uşaqlara yol hərəkəti qaydaları, yol mədəniyyəti, NİİM-in iş prinsipi və tətbiq olunan sistemin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Həmin tədbirdə çəkilmiş fotoşəkilləri oxucularımıza təqdim edirik.
Xatırladaq ki, 2011-ci ildə fəaliyyətə başlayan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin başlıca məqsədi paytaxtımızda nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasıdır.