Gəncə şəhər sakini yaşadığı evi yandırıb.
Oxu.Az-ın məlumatına görə, psixoloji problemi olan kişi öz evinə od vurub.
1962-ci il təvəllüdlü Elşən Qasımov evi yandıran zaman onun arvadı, 1969-cu il təvəllüdlü Mahirə Dünyamalıyeva hadisənin qarşısını almaq istəyib. Bu zaman kişinin əlindəki benzin onun üzərinə tökülüb.
Nəticədə qadının qolu yanıb. O, xəstəxanaya aparılıb.
Xəsarət alan qadın ərindən şikayətçi olmayıb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət