Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Klubdakı partlayışda yaralanan model: “Beton dirəyi üstümə aşdı, tanımadığım oğlan məni xilas etdi” - ÖZƏL
Türkiyədə yayımlanan məşhur “İşte benim stilim” proqramının üçüncü sezon iştirakçısı, azərbaycanlı model Təranə Rzayeva (Merlin Təranə) gecə klubunda baş verən hadisədən danışıb.
Oxu.Az-a açıqlama verən model bildirib ki, onun həyatını tanımadığı bir nəfər xilas edib:
"Rəfiqələrimlə idim. Qəfil partlayış səsi gəldi, hər yer silkələndi. Qışqırıq səslərindən vahiməyə düşdüm. Sonra klubun beton dirəyi üstümə aşdı. Gördüm ki, saçlarım yanır. Tanımadığım bir oğlan məni xilas etməsə yanıb öləcəkdim".
O həmçinin rəfiqəsi Ayselə (bloger Aysel Şükürova) görə stres keçirdiyini bildirib:
"Ayselə görə çox stres keçirdim. Elə bildim qalıb içəridə. Birinci məni xəstəxanaya gətirdilər. Onunla xəstəxanada görüşdüm, çox sevindim onu görəndə. O da elə bilib mən içəridə qalıb ölmüşəm".
Model səhhətindən də söz açıb:
"Hazırda nisbətən yaxşıyam. Çantam, əşyalarım, pulum orada yandı, telefonum partladı. İndi xəstəxanadayam".
Rövşən Əziz
"Türkiyə" teqi üzrə xəbərlər
- Vəfat edən məşhur türkiyəli sənətçi Tanyelinin vəsiyyəti məlum oldu
- Məşhur türkiyəli aktrisanın əri də aktyorluğa başladı: Eyni filmə çəkildilər
- Türkiyədə yaşayan aktrisa Nesrin Cavadzadə serialdakı partnyoru ilə sevgili oldu
- Türkiyədə satılan dərmanlar qumar və cinsi asılılıq yaradır
- Türkiyədə hava limanı əməkdaşı təyyarənin yük hissəsində unuduldu