Artıq xəbər verimişdik ki, “28 May” metrostansiyasında pillələrin ortasından tutacaq quraşdırıblar, dünən pillələrə taxılmış sürüşmə əleyhinə örtüklər isə çıxarılıb.
Oxu.Az xəbər verir ki, görülən tədbirlərə baxmayaraq, metronun bu stansiyasında daha bir insident baş verib.
“Buz meydançası”nın növbəti qurbanı yenə də zərif cinsin nümayəndəsi olub. Orta yaşlı qadın piləkəndən sürüşərək xəsarət alıb.
Modern.az saytının əməkdaşının hadisə yerindən çəkdiyi şəkilləri təqdim edirik.