Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəkidə ərə verilən 15 yaşlı qızı ailəsinə qaytarıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq komitədən bildirilib.
Məlumata görə, məsələ ilə əlaqədar qızın ailəsi ilə profilaktik söhbətlər aparılıb və o, ata evinə geri qaytarılıb.
Məsələ Şəki Şəhər İcra Hakimiyyəti ilə yanaşı, Sabunçu Rayon İcra Hakimiyyətinin də nəzarətindədir.
Qeyd edək ki, proseslərə nəzarət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları ilə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nümayəndələri ilə birlikdə aparılıb.
Könül Cəfərli