Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Komitə sədri: “Heç bir müəllim təqaüdə getmək istəmir”
“Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmırlar”.
“Report”un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputatın sözlərinə görə, onlar xahiş edirlər ki, yaş həddi uzadılsın.
“Neft şirkətində isə 65 yaşında təqaüdə göndərilən şəxslər ağlaya-ağlaya gedirlər. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 300-dən artıq sahə var ki, o sahələrdə çalışanlar erkən pensiyaya çıxa bilərlər. AMEA-da, dövlət qulluğunda çalışanlar 65 yaşda təqaüdə getmək istəmirlər. 65 yaşında kişi gedib bina tikə, daş qaldıra bilməz. Amma 65 yaşında kişi auditoriyaya girib mühazirə oxuya bilər”, - S.Novruzov qeyd edib.
Rəylər