Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Komitə sədri: "Son altı ildə 26 baş plan hazırlanıb və təsdiq olunub"
"Son altı ildə 26 baş plan hazırlanıb və təsdiq olunub".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, hazırda komitənin sifarişi ilə bütün ölkə üzrə 16 baş plan üzərində iş gedir:
"Onlardan doqquzu yekun mərhələdədir. Yəni müvafiq qurumlarla razılaşdırma işi başa çatır. Ondan sonra Nazirlər Kabinetinə təsdiq üçün təqdim olunacaq ki, İsmayıllı şəhərin baş planı onlardan biridir, yekun mərhələdədir".
Sədr əlavə olaraq vurğulayıb ki, Bakının Baş planına uyğun olaraq işlər davam etdirilir:
"Bakının Baş planı ötən ilin sonunda təsdiq olunub. Bütün qurumlar öz cavabdehlik dairəsinə uyğun Bakıda müvafiq işləri həyata keçirir. Son dövrdə yol infrastrukturunda, ictimai məkanlarda, kommunikasiyalarda - bu sahədə layihələr ardıcıl həyata keçirilir. Eyni zamanda, müəyyən yenidənqurma işləri də nəzərdə tutulub. Qəzalı binaların yerləşdiyi ünvanlar əsas prioritetdir və ilk növbədə, qəzalı şərait aradan qaldırılacaq".
Aygün Mirakif
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi" teqi üzrə xəbərlər
- "Təklif edirlər ki, sizi qucağımızda qaldıraq" - Şəhərlər uyğunsuzdur, yoxsa qaydalar?
- Əlilliyi olan şəxslər üçün yeni sənəd HAZIRLANDI - ÖZƏL
- Fəvvarələr meydanında qanunsuz tikili sökülüb
- Bakıda tarixi abidədə iki dəfə qanunsuz söküntüyə cəhd olub
- Səbail sakinləri parkda tikilən restorana etiraz edirlər, qurum isə bildirir ki, ELƏ FAKT YOXDUR