Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kompüter və telefona baxan uşaqlarda qlaukoma xəstəliyi yaranır? - Həkimdən AÇIQLAMA
“Davamlı kompüter və telefona baxan uşaqlarda qlaukoma xəstəliyinin yaranması ilə bağlı hazırda hansısa bir tədqiqat yoxdur”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Cəmil Həsənov açıqlayıb.
Onun sözlərinə görə, uzun müddət kompüter, planşetlərdən istifadə edən uşaqlarda göz təzyiqinin yüksək olması və qlaukoma xəstəliyinin yaranması ilə bağlı hansısa təsdiqedici elmi araşdırma mövcud deyil:
“Lakin bir amil var ki, uzun müddət yuxarıda qeyd etdiyimiz texnoloji vasitələrdən istifadə edildikdə miopiya, uzağı zəif görmənin yaranması ehtimalı var. Bu zaman 40 yaşdan sonra miopiya özü qlaukomanın yaranmasında risk faktoru ola bilər”.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Ağdaşda baş vermiş bədbəxt hadisənin DETALLARI
- Təyyar Eyvazov: "İlbəil peyvənd üçün müraciət edənlərin sayı artır"
- Səhiyyə Nazirliyindən bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT
- Xüsusi komissiya yaradıldı - Plastik cərrahlara VAXT VERİLDİ
- Saxta estetik cərrah diplomu verən şəxslərlə bağlı iki dövlət qurumundan BİRGƏ MƏLUMAT
Rəylər