3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirmək cəhdi baş tutmayıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Cəfər Əli oğlu Mehdiyevə vətəndaş Ramil Rafiq oğlu Ağayev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, konfetlərin içində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə xalis çəkisi 2.19 qram olan narkotik vasitə - həşiş qətranı və 1 ədəd sellofan bükülüdə xalis çəkisi 0.754 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.