Hər zaman yeniliklərlə sevindirən “Kontakt” skuter həvəskarları üçün əla imkan yaradıb. İndi “Sahil” metro stansiyasının yaxınlığında yerləşən “Kontakt Smart” mağazasına yaxınlaşaraq elektroskuterləri icarəyə götürərək sınaqdan keçirə bilərsiniz.
Tariflər çox sərfəlidir:
Test periodunda skuterə aşiq olub elə həmin gün almaq istəsəniz, “Kontakt” icarə üçün ödədiyiniz məbləği sizə geri qaytaracaq. Qeyd edək ki, skuterləri “Kontakt” mağazalarından və ya kontakt.az saytından istər nağd, istər taksit kartları ilə, istərsə də 24 ayadək hissəli alış şərtləri ilə əldə edə bilərsiniz.
Skuterlər ənənəvi nəqliyyat vasitələrinə əla alternativdir. Belə ki, skuterlərlə işə, universitetə, məktəbə - bir sözlə, getmək istədiyiniz ünvana tıxac, parkinq problemi olmadan tez müddətdə çata bilərsiniz. Yanacaq sərf etmədiyi üçün həm büdcənizə, həm də təbiətə zərər verməyəcək.
Odur ki, son illərin trendinə çevrilən elektroskuterləri sərfəli şərtlərlə “Kontakt”dan almağa tələsin. “Kontakt Home” və “Kontakt Smart” mağazalarında “Ninebot” (Segway), “WingZ”, “Razor” və “Mi” kimi məşhur skuter brendlərinin 20-yə yaxın çeşidi təqdim olunub.