Bakı Milli Geyim Evinin rəhbəri, Yasamaldakı yanğın zamanı həyatını itirən Könül Vəlibəylinin qızı Ləman Qulamovanın son durumu açıqlanıb.
"Yeni Klinika"dan Oxu.Az-a verilən məlumata görə, onun vəziyyəti kritik ağır olaraq qalmaqda davam edir.
"Pasiyent süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır", - deyə məlumatda bildirilib.
Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında xəsarət alan daha üç nəfər özəl tibbi müəssisəsinə yerləşdirilib.
Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən dördü könüllü olaraq özəl tibb müəssisəsinə yerləşdirilib.
Onlardan biri (Ləman Qulamova) isə "Yeni Klinika"ya hospitalizasiya olunub.
Bakı Milli Geyim Evinin rəhbəri, Yasamaldakı yanğın zamanı həyatını itirən Könül Vəlibəylinin qızı Ləman Qulamovanın müalicəsi "Yeni Klinika"da davam etdirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, vəziyyəti ağır olaraq qalan Ləman Qulamova xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Xatırladaq ki, bundan öncə o, kəskin zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.
Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Aygün Mirakif