Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Lənkəran gəncləri də qoşulub.
Oxu.Az xəbər verir ki, qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işləri aparan, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradan gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər.
Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #könüllüqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.
Rəylər