"Koroğlu körpüsü" kimi tanınan körpünün kənarında görünən çatlarla bağlı əraziyə baxış keçirilib".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) bildirilib.
Daxili İşlər Nazirliyindən (DİN) isə qeyd edilib ki, ərazidə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb.
DİN eyni zamanda, sürücüləri yanlış məlumatlar barədə diqqətli olmağa çağırıb.
Əzizə İsmayılova
Bakının əsas körpülərindən birində təhlükəli vəziyyət yarandığı iddia olunur.
Oxu.Az xəbər verir ki, buna səbəb "Koroğlu körpüsü" kimi tanınan körpünün kənarında görünən çatlar olub.
Çatlar körpünün hər an uça biləcəyi təsəvvürünü yaradır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

"Bu, çat deyil. Körpünün konstruksiyasının birləşən hissəsidir, yəni aşırım qurğusunun konsol dayağa oturacaq hissəsində dayaqla aşırım qurğusu arasındakı deformasiya tikişidir (temperatur şovu). Belə olmalıdır", - deyə A.Nəcəfli vurğulayıb.




Əzizə İsmayılova