Nizami rayonu, Heydər Əliyev propekti, "Koroğlu" körpüsünün üzərində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən Aeroport şosesi, Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Nizami rayonu, Heydər Əliyev prospekti, "Koroğlu" körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən Aeroport şosesi, Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Hazırda polis əməkdaşları hadisə yerindədirlər və qəzada iştirak edən avtomobilin yoldan kənarlaşdırılması üzrə işlər görülür.