1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən hər bir şəxs virusun müəyyənləşdirilməsi üçün ölkəyə gətirilən testlər vasitəsilə yoxlanılıb.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzdən nazirliyə verilən məlumatda testlərin nəticələrinin mənfi olduğu qeyd edilib:
“Bu testlərin cavabları mənfi olub, yəni həmin şəxslərdə xəstəlik aşkarlanmayıb. Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilənlər barədə mətbuata gündəlik məlumat verilib”.
Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin müayinəsinin nəticələri açıqlandı - VIDEO
Könül Cəfərli
Rəylər