Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Körpə Elvin ağır xəstəlikdən əziyyət çəkir: Dəstəyə ehtiyacı var
Körpə Elvin qaraciyər sirrozundan əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Əntiqə Qulamova məlumat verib.
O bildirib ki, övladı 2022-cü ilin dekabr ayında dünyaya gəlib:
"Elvin bir il yeddi aylıqdır. Üç aylıq olarkən onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrənmişik. Yaşı az olduğu üçün müalicələri ağırdır. Bədəni hər dərmanı qəbul etmir. Hazırda müalicələri üçün 500 manata ehtiyacımız var".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Biz Ağdaş rayonunda yaşayırıq. Hər dəfə Bakıya gəlmək, müalicələri etmək üçün borc alırıq. Yoldaşım fəhləlik edir, başqa gəlir yerimiz də yoxdur. Elvinin vəziyyəti ağırlaşsa, onun qaraciyər nəqlinə ehtiyacı ola bilər. Bunun üçün isə bizim heç imkanımız yoxdur. Elvinə nəsə olsa, mən yaşaya bilmərəm, buna görə də yardımsevər şəxslərə bizə dəstək olmaları üçün yalvarıram".
Ailə ilə əlaqə: (051) 993-46-67.
Bank Respublika: 4244 4848 4745 3838.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yaş yarımlıq körpənin atası: "Fəhləlik edirəm, gücüm çatmır balama kömək olum"
- Bütün bədəni yanan Fəridin dəstəyə ehtiyacı var
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, sağalım"
- Atası atıb gedib, anası evlərdə təmizlik işləri görür: 10 yaşlı Məryəm təcili əməliyyat olunmalıdır
- 21 yaşlı gəncin həyatda qalması üçün dəstəyə ehtiyacı var