Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Körpə Nuranənin anası: "O mənim yeganə övladımdır, onun xəstəliyi bizə də ağır təsir edir"
Balaca Nuranənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ləman Əsədova məlumat verib.
O bildirib ki, övladının müalicə üçün dəstəyə ehtiyacı var:
"Nuranə 2022-ci ilin noyabr ayında dünyaya gəlib. Doğulduğu ilk dövrlər hər şeyin qaydasında olduğunu düşünsək də, sonradan onun qaraciyərində böyümə olduğunu öyrəndik. Həkimlər bunun səbəbinin qaraciyər sirrozu ola biləcəyini dedilər".
Gənc ana övladının müalicəsi üçün Türkiyəyə getdiklərini deyib:
"Biz Nuranənin analizlərinin cavabını Türkiyədə yerləşən xəstəxanalardan birinə göndərmişdik. Həkim analizlərin əskik olduğunu və təcili müayinə üçün ora yollanmalı olduğumuzu dedi. Biz sizin saytın izləyicilərinin dəstəyi ilə Türkiyəyə yollandıq. Orada müayinələrdən keçdik, həkimlər Nuranənin müalicələrini davamlı etməli olduğumuzu bildirdilər. Hazırda Nuranənin müalicəsini davam etdirə bilmək üçün 500 manata ehtiyacımız var. Nuranə mənim yeganə övladımdır, inanın, onun belə bir xəstəliyinin olması mənə çox ağır təsir edir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 218-11-75.
Kapital Bank: 4169 7388 4066 7707.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Beş yaşlı Aynurun anası: "Müalicəsi üçün atası fəhləlik edir, mən isə evlərə təmizliyə gedirəm"
- Ağır xəstəliyi olan iki yaşlı Rüfətin dəstəyə ehtiyacı var: Müalicə üçün imkanları yoxdur
- Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir
- Bir yaşlı Aydının nənəsi: "Qızım qəzada həlak olub, onun qoxusunu nəvəmdən alıram"
Rəylər