Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Körpə Zəhranın dəstəyə ehtiyacı var: Müalicə üçün 500 manatları çatmır
Dörd aylıq körpə Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası İradə Abbasova məlumat verib.
O bildirib ki, övladı qaraciyər çatışmazlığından əziyyət çəkir:
"Zəhra bu ilin fevral ayında dünyaya gəlib. Hamiləliyim boyunca hər şey qaydasında olsa da, doğumdan sonra onun qaraciyər çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Doğulan gündən müalicələrini, müayinələrini etmişik. Hazırda onun müalicəyə ehtiyacı var".
İradə Abbasova övladının müalicəsi üçün dəstəyə ehtiyacı olduqlarını deyib:
"Sizin saytın izləyicilərinin dəstəyi ilə biz Türkiyəyə yollandıq. Orda müayinələrdən keçdik. Hazırda evimizə geri qayıtmışıq. Həkimlərin yazdığı müalicələri etməliyik. Bunun üçün isə 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm.
Zəhra çox balacadır, onu bu amansız xəstəliyin cənginə buraxmamağınızı sizdən xahiş edirəm".
Ailə ilə əlaqə: (099) 719-91-09.
Bank Respublika: 4244 4848 4737 7771.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Xərçənglə mübarizə aparan 16 yaşlı yeniyetmənin dəstəyə ehtiyacı var: Xəstəliyi metastaz verib
- İki dəfə kliniki ölüm keçirən Ümidin vəziyyəti ağırlaşıb
- Bir yaşlı Kamran ağır yanıq xəsarətləri alıb: Müalicəsi üçün dəstəyə ehtiyacı var
- Xəstəxanada çarəsiz qalan Yusifin anası kömək istəyir
- Övladı ağır xəstəliklərdən əziyyət çəkən ata: "Yalvarıram, məni oğlumun qarşısında aciz qoymayın"