Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Korrupsiya əməliyyatı aparılan qurumdan GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO
“Hazırda yoxlama var”.
Bu sözləri, bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilən Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzinin əməkdaşı deyib:
“Hamı gedib, mənə deyiblər qapını heç kimə açma. Mən kiməm ki, qapını açım?”
Baku TV-nin çəkiliş qrupu əməliyyat keçirilən qurumda olub, hadisənin təfərrüatını öyrənməyə çalışsalar da, mərkəz əməkdaşları sualları cavabsız qoyublar.
Ətraflı süjetdə:

14:24
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.
13:49
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib.
APA xəbər verir ki, əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanlar var.