Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov vəzifəsindən azad olunub.
Oxu.Az xəbər verir ki, "Report"un məlumatına görə, V.Hüseynov öz ərizəsi vəzifəsindən azad edilib.
Onun Komissiya Katibliyindən azad olunmasına səbəb 2015-ci ildə V Çağırış Milli Məclisə keçirilən seçkilərdə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülməklə deputat seçilməsi olub.
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi vəzifəsinə hələ təyinat olmayıb.
Qeyd edək ki, V.Hüseynov partlament seçkilərində 91 saylı Ucar seçki dairəsindən deputat seçilib.

E.Ə.
www.oxu.az