Salyan rayonu, Kür çayının Pambıqkənd kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.
1997-ci il təvəllüdlü Amil Baxış oğlu Baxışovun cəsədi FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 50 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.