Kür çayının Türkiyənin Ardahan bölgəsindən keçən hissəsi donub.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, bu ərazinin 189 km hissəsindən keçən Kür çayının donmasına səbəb Sibir ərazisindən gələn sərt şaxtalardır.
Xüsusilə gecələr şaxtanın - 23 dərəcə C-yə düşməsi ilə çayın üzəri buz tutub.
Hazırda buzun üstü uşaqlar üçün oyun sahəsi, gənc və yaşlı insanlar üçün isə gəzinti parkı olub.
Kür çayının uzunluğu 1515 km-dir. Çay öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur.
Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək, Xəzər dənizinə tökülür.