Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb suya...” - VİDEO
Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub.
Baku TV-yə danışan ata və qızın yaxınları hadisənin necə baş verdiyi ilə bağlı fikirlərini bölüşüblər.
İtkin düşmüş kişinin atası Tahir Süleymanov bildirib ki, oğlunun su xoşuna gəlib, evə gələrək deyib ki, gedək orada çay qaynadaraq içək:
“Axşam saat 17:25-də oğlum mənə zəng etdi ki, qızım batdı. Ora gedib çatan zaman gördüm ki, insanlar hadisə yerinə gəliblər. Oğlum uşağı qucaqlayıb ki, batmasın. 50 metr gəldikdən sonra ikisi də batıblar”.
İtkin düşən kişinin dostu Şahin Rəsulov vurğulayıb ki, hadisə yerində olan motorxana su idarəsinə məxsus imiş:
“Atanı da idarədən göndəriblər ki, gəlib burada baxış keçirsin. O da motora baxan zaman uşaq əlindən çıxıb düşüb suya”.
Xatırladaq ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman altı yaşlı qız suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.
Rəylər